İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava ilə bağlı sarı XƏBƏRDARLIQ - Martın 7-də...

1310 06.03.2026 15:33 Ölkə A A

Milli Hidrometeorologiya Xidməti martın 7-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Xidmətdən Musavat.com-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR