İnsanlara hürriyət, millətlərə istiqlal!

Pərvin Abışova və digərləri həbsdən necə çıxdı? - ŞOK DETALLAR

1088 07.06.2026 11:19 Ölkə A A

“Jurnalist adı altında reketlik etmək"də ittiham olunan Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova ilə bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

Musavat.com xəbər verir ki, jurnalist Ülviyyə Alovlunun yaydığı məlumata görə, adıçəkilən şəxslər Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanıldıqdan sonra zərərçəkmiş kimi tanınan şəxslərə ümumilikdə 130 min manat məbləğində təzminat ödəyiblər.

Bildirilir ki, onların barəsində məhkəmə baxışı keçirilib və məhkəmənin qərarı ilə polis nəzarətinə verilməklə sərbəst buraxılıblar.

Qeyd olunur ki, çoxsaylı müraciətlər əsasında həmin şəxslər barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (təkrarən hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb və onlar istintaq tədbirləri çərçivəsində saxlanılıblar.


Hazırda fakt üzrə istintaq tədbirləri davam etdirilir.


Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR