İnsanlara hürriyət, millətlərə istiqlal!

“Heç bir beynəlxalq institut ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz!” - etiraz

583 25.06.2026 22:21 Dünya A A

“AŞPA-nın Azərbaycana qarşı növbəti qətnaməsi hüquqi sənəddən daha çox, siyasi sifariş təsiri bağışlayır. Bu gün insan hüquqlarından danışan dairələr uzun illər Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına, bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulmasına, şəhər və kəndlərimizin dağıdılmasına, mülki insanların qətlə yetirilməsinə lazımi siyasi-hüquqi qiymət vermədilər”.

Deputat Vüqar Bayramov bunu Avropa Şurası Parlament Assambleyasının anti-Azərbaycan mövqeyi barədə Musavat.com-a açıqlamasında bildirib. Milli Məclisin üzvü əlavə edib ki, AŞ PA-nın bu susqunluğunun fonunda bu gün Azərbaycana demokratiya dərsi keçmək nə inandırıcıdır, nə də ədalətlidir: “Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquq çərçivəsində bərpa etmiş suveren dövlətdir. Heç bir beynəlxalq institut siyasi təzyiq, selektiv yanaşma və ikili standartlarla ölkəmizin daxili işlərinə müdaxilə edə bilməz! Məhkəmə - hüquq məsələləri yalnız Azərbaycan qanunvericiliyi əsasında həll edilir. Təəssüf ki, AŞPA son illər obyektiv dialoq platformasından uzaqlaşaraq, müəyyən siyasi qrupların anti-Azərbaycan kampaniyasının alətinə çevrilib. Belə qətnamələr nə Azərbaycanın mövqeyini dəyişəcək, nə də ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirəcək. Əksinə, bu cür addımlar AŞPA-nın özünün qərəzli və selektiv yanaşmasını bir daha nümayiş etdirir və quruma olan etimadı daha da sarsıdır”.

Ölkəmizə qarşı sərt ritorika və diktəedici yanaşmaya diqqət çəkən V.Bayramov qeyd edib ki, Azərbaycan heç vaxt diktə dilini qəbul etməyib və bundan sonra da qəbul etməyəcək: “Bizim üçün əsas meyar milli maraqlarımız, dövlət suverenliyimiz və xalqımızın iradəsidir. Kiminsə siyasi maraqlarına xidmət edən kağız üzərindəki qətnamələr bu reallığı dəyişə bilməz”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR