İnsanlara hürriyət, millətlərə istiqlal!

Hələb ətrafında atəş dayandırıldı: Suriya ordusu və kürdlər arasında razılaşma FOTO

569 23.12.2025 00:08 Dünya A A

Hələbin ətraf rayonlarında yaranmış gərginlik fonunda Suriyanın Menbic şəhərində sakinlər küçələrə çıxaraq vəziyyətə etiraz ediblər.

Musavat.com xəbər verir ki, yerli mənbələrin məlumatına görə, etirazçılar Suriya Demokratik Qüvvələrinin fəaliyyətini və yaşayış məntəqələrinin atəşə tutulmasını pisləyərək mülki əhalinin təhlükəsizliyinin pozulduğunu bildiriblər.

“Syrian Now” portalının yaydığı xəbərə əsasən, Suriya hökuməti ilə SDF arasında Hələb istiqamətində müvəqqəti atəşkəsin əldə olunması üçün danışıqlar aparılıb.

Suriya Müdafiə Nazirliyi isə açıqlamasında bildirib ki, Baş Qərargah bir sıra SDF atəş mövqeləri zərərsizləşdirildikdən və toqquşmalar yaşayış məntəqələrindən uzaqlaşdırıldıqdan sonra zərbələrin dayandırılması barədə göstəriş verib. Nazirlik vurğulayıb ki, Suriya ordusu yalnız atəş açılan mövqelərə cavab verib və nəzarət xətlərinin dəyişdirilməsi məqsədi güdülməyib.

Hələbin qubernatoru Azzam əl-Qərib təhlükəsizlik səbəbilə vilayətdə bütün dövlət və özəl məktəblərin, universitetlərin və digər təhsil müəssisələrinin müvəqqəti bağlandığını açıqlayıb.

SDF də öz növbəsində bəyan edib ki, gərginliyin azaldılması məqsədilə Dəməşq hökumət qüvvələrinə qarşı cavab atəşinin dayandırılması barədə əmr verilib.

Hazırda bölgədə vəziyyət nisbətən sabitləşsə də, tərəflərin razılaşmaya nə dərəcədə əməl edəcəyi açıq qalır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR