İnsanlara hürriyət, millətlərə istiqlal!

Heqsetin əmri ilə Karibdə katerin vurulmasının videogörüntüləri açıqlanacaq

454 04.12.2025 08:57 Hadisə A A

Ağ Ev sentyabr ayında Karib dənizində qayığa edilən hücumdan sağ qalanları qəsdən öldürmələri iddia olunan ABŞ hərbçilərinin hərəkətləri ilə bağlı bütün mövcud materialları açıqlayacaq.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bu açıqlama ilə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən çıxış edib: "Onların (ABŞ hakimiyyətinin – red.) nə dediklərini bilmirəm, amma hər şeyi ictimaiyyətə açıqlayacağıq; bununla bağlı heç bir problem yoxdur".

Tramp bu açıqlamanı jurnalistin ABŞ administrasiyasının yuxarıda qeyd olunan qayığa endirilən ikinci zərbənin videoyazısını yayımlamağa hazır olub-olmadığı ilə bağlı sualına cavab olaraq verib.

"The Washington Post" qəzetinin məlumatına görə, sentyabrın əvvəlində Pentaqon rəhbəri  Pit Heqset ABŞ-ın Cənubi Karib dənizində bir qayığa endirdiyi zərbə zamanı "heç kim sağ qalmasın" əmrini verib. ABŞ-ın məlumatına görə, qayıq Venesueladan narkotik daşıyırdı. Qəzetin məlumatına görə, ABŞ hərbçiləri 2 sentyabrda iki zərbə endirib. Birincisi, transmilli cinayətkar qruplaşma Tren de Aragua-nın üzvləri olduğu iddia edilən 11 nəfəri daşıyan qayığı məhv etmək idi. İkinci zərbə, qayığın qalıqlarına yapışaraq suda sağ qalan iki nəfəri öldürmək üçün həyata keçirilib.

Trampdan sağ qalanları məhv etmək üçün qayığa yenidən zərbə endirmək qərarını dəstəkləyib-dəstəkləmədiyi soruşulub. O, "xeyr, mən qayıqların məhv edilməsi qərarını dəstəkləyirəm" deyə cavab verib. Tramp həmçinin bu cür qayıqları idarə edən insanların ABŞ-a narkotik daşıdıqları üçün "amerikalıları öldürməyə cəhddə günahkar" olduqlarına əminliyini ifadə edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR