Hindistan hakimiyyəti ölkənin neft ehtiyatları cəmi iki həftəyə çatdığı üçün Rusiya neftinin alışını artırmaq barədə müzakirələr aparır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, müzakirələrə regiondakı müharibə səbəbindən Yaxın Şərqdən gələn tədarükün qeyri-sabitliyi səbəb olub.
Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, Hindistan şirkətləri əvvəllər Rusiya neftini qismən Yaxın Şərq nefti ilə əvəz edirdilər, lakin bu həcmlər indi azalmağa başlayıb.
Həftəsonu Hindistan rəsmiləri potensial çatışmazlığa necə cavab vermək barədə məsləhətləşmələr aparıblar. Neft Nazirliyinin nümayəndələri ölkənin hazırkı ehtiyatlarının təxminən iki həftəyə çatacağını bildiriblər və buna görə də ABŞ ilə müqavilələrin bir hissəsi olaraq bu yaxınlarda azaldılmış Rusiya neftinin alışını artırmaq imkanını müzakirə etməyi təklif ediblər.
Venesueladan neft tədarükünün sürətləndirilməsi də əlavə bir seçim kimi nəzərdən keçirilir.
Xatırldaq ki, Hindistan daimi biznes tərəfdaşı Rusiyadan neft almağı ABŞ administrasiyasının təzyiqi ilə dayandırmışdı.
Musavat.com






