İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan və Avropa Rusiya neftinin alışını DAYANDIRIR

406 15.02.2026 09:26 Dünya A A

ABŞ Rusiya neftinə qarşı əlavə addımlar atır.

Musavat.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

Onun sözlərinə görə, Hindistan Rusiyadan neft idxal etməmək barədə öhdəlik götürüb: "ABŞ Rusiya neftinə əlavə sanksiyalar tətbiq edir. Hindistanla apardığımız müzakirələrdə Rusiya neftini almamaq barədə öhdəlik aldıq. Avropa öz tədbirlərini görür".

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-Hindistan ticarət razılaşmasında Rusiya neftinin alınmasına məhdudiyyət qoyulmasına dair məlumatı təkzib edib. O, bildirib ki, bu barədə Hindistandan başqa hamı danışır. Lakin neft ticarətini izləyən şirkətlər fevralın əvvəlindən bəri Rusiya neftinin Hindistana ixracının Ukraynada müharibə başlayandan bəri minimum həddə düşdüyünü elan ediblər.  Hindistanın ən böyük emal şirkətləri Venesueladan idxala başladıqlarını açıqlayıblar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR