İnsanlara hürriyət, millətlərə istiqlal!

İkinci Yuliyanın birinci zəfəri - Yermakı kimlər necə aşırıb...

992 08.12.2025 12:48 Dünya A A

Ukraynanın baş naziri Yuliya Sviridenko Vladimir Zelenskinin prezident administrasiyasının rəhbəri Andrey Yermakın istefasını istəyən qrupun üzvü olub.

Musavat.com xəbər verir ki, bu barədə "Ukrayinska Pravda" nəşri məlumat yayıb.

Bildirilir ki, iyul ayında vəzifəyə başlayan Sviridenko Yermakın adamı kimi tanınıb. Lakin, nəşrin məlumatına görə, o, artıq Yermakla "siyasi göbək bağını kəsib". Baş nazir Ali Radanın spikeri Ruslan Stefançukla birlikdə PA rəhbərinin istefasını müzakirə etmək üçün hakim “Xalqın xidmətçisi” partiyasının aparıcı nümayəndələri ilə gizli görüşdə iştirak edib.

"Ukrainska Pravda"nın məlumatına görə, "yüksək məxfi şura"nın iclası Stefançukun ofisində keçirilib və müzakirədən sonra iştirakçılar Zelenskiyə zəng ediblər. "O vaxta qədər Yermak artıq komandadakı hər kəslə mübahisə etmişdi. Hətta onun kömək etdiyi Yuliya belə işləyə bilmirdi. Beləliklə, hamı danışdıqdan sonra qərara gəldilər ki, Zelenskiyə zəng edib birbaşa Yermakın işdən çıxarılmasının lazım olduğunu desinlər", - deyə gizli görüş iştirakçılarından biri nəşrə bildirib - Biz zəng etdik və hamı növbə ilə niyə belə düşündüyümüzü izah etdik. Hamı belə dedi. Parlamentin, hökumətin və hakim partiyanın liderləri orada idilər. Zelenski artıq bunu görməzliyə vura bilməzdi."

Nəşr yazır ki, Yermak baş verənlərdən xəbər tutanda mesajlaşma tətbiqlərində bəzi "sui-qəsd" iştirakçılarını nümayişkaranə şəkildə bloklayıb və onların mesajlarına cavab verməyib. O, həmçinin hakim partiyanın fraksiyasının lideri David Araxamiyanın, Ali Radanın maliyyə komitəsinin rəhbəri, deputat Danilo Hetmantsevin və "deputat Yaroslav Jeleznyakın əleyhinə cinayət işləri təşkil etməyə cəhd göstərib. Lakin, nəşr əlavə edir ki, həmin vaxta qədər güc strukturları artıq Araxamiya tərəfindən ələ alınmışdılar.

"Ukrainska Pravda"nın məlumatına görə, Yermakın istefası Araxamiya və "Sviridenkonun siyasi təsirini artıracaq. Baş nazirin özü deputatlarla fəal şəkildə işləyir; xüsusən də o, 2026-cı il büdcəsini qəbul etmək üçün demək olar ki, bütün fraksiyalar və qruplarla görüşüb.

Belə anlaşılır ki, Yuliya Sviridenko sələfi, intriqa ustası kimi ad çıxarmış Yuliya Timoşenko qədər fərasətli siyasətçidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR