İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib

478 02.01.2026 10:16 Son xəbər A A

Prezident İlham Əliyev İsveçrə Prezidenti Qi Parmölənə başsağlığı verib.

Musavat.com xəbər verir ki, başsağlığıda deyilir:

"Hörmətli cənab Prezident.

Kran-Montanada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması barədə xəbər bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İsveçrə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, yanğın 1 yanvar gecəsi "Constellation" barında baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həlak olub, azı 115 nəfər yaralanıb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR