Milyarder İlon Mask Avropa İttifaqını (Aİ) “dördüncü Reyx” adlandırıb.
Musavat.com xəbər verir ki, bu fikri o, X sosial şəbəkəsində yayımlanan bir postun altında bildirib.
Bir istifadəçi sosial şəbəkədə Aİ bayrağını sağ tərəfi aşağıya doğru əyilmiş şəkildə yerləşdirərək, altına Nasist Almaniyasının bayrağını qoymuş və yanına “Dördüncü Reyx” şərhini əlavə edib. Mask isə bu paylaşımın altına “Böyük ölçüdə” ifadəsi ilə cavab verib.
Maskın bu açıqlaması geniş müzakirələrə səbəb olub, sosial şəbəkə istifadəçiləri arasında Avropa İttifaqının təbiəti və onun beynəlxalq siyasətdəki rolu ilə bağlı fikir ayrılıqları yaranıb. Maskın bu cür sərt yanaşması, xüsusilə onun Aİ və beynəlxalq təşkilatlar haqda sərt fikirləri ilə tanınması ilə əlaqələndirilir.
Musavat.com






