İnsanlara hürriyət, millətlərə istiqlal!

İmişlidə SSRİ bayrağı qaldırılması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

2004 13.05.2025 15:11 Gündəm A A

“Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Məsələ araşdırılır. Cəmiyyətin narahatlığı anlaşılandır, amma konkret münasibət bildirə bilmirəm, çünki qərəzli görünmək istəmirəm”.

Bu fikirləri Musavat.com-a Milli Məclisin İmişlidən olan deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, hadisəyə hüquqi qiymət yalnız araşdırma bitdikdən sonra verilə bilər:

“Hadisəni araşdırmadan qanuna istinad etmək hələ ki mümkün deyil. İcra Hakimiyyəti tərəfindən hadisə araşdırılır. Bəlkə, təxribatdır? Araşdırmadan konkret fikir bildirmək mümkün deyil”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR