İnsanlara hürriyət, millətlərə istiqlal!

İngiltərə və İtaliya nəhənglərinə qarşı türk mübarizəsi - “Qarabağ”, “Qalatasaray”, “Fənərbağça”...

1320 30.01.2026 17:45 İdman A A

Çempionlar və Avropa Liqasının pley-off mərhələlərində mübarizə aparan bütün klubların rəqibləri artıq məlumdur. Təbii ki, burada türk futbolsevərlərini 3 klub daha çox maraqlandırır. Bunlar Azərbaycanın qüruru “Qarabağ”, İstanbul nəhəngləri - “Qalatasaray” və “Fənərbağça”dır.

Çempionlar Liqasında Ağdam təmsilçisinin rəqibi İngiltərənin “Nyukasl” komandasıdır. Sarı-qırmızılılar isə İtaliya nəhəngi “Yuventus”u yarışdan kənarda qoymağa çalışacaq.

Türkiyənin Avropa Liqasındakı yeganə təmsilçisi “Fənərbağça”nın da püşk sarıdan bəxti gətirməyib. “Sarı-lacivərdlilər” İngiltərənin “Nottinqem Forest” klubu ilə üz-üzə gələcək.

Üç türk klubunun növbəti mərhələyə keçmə şanslarını dəyərləndirdik.

MESTE.jpg (41 KB)

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında klublarımızın rəqiblərini ayrı-ayrılıqda analiz etdi:

““Qarabağ” üçün yaxşı püşk oldu, çünki PSJ dəhşətli rəqib olardı. Heç bir şansımız qalmazdı. Bu o demək deyil ki, “Nyukasl” zəifdir. Sadəcə müqayisədə daha münasibdirlər, onlarla oynamaq və qalib gəlmək olar. “Yuventus”la matçlar “Qalatasaray” üçün həmişə maraqlı olub, tarixi məqamlarla yadda qalıb. Qarlı matçı xatırlamaq yetərlidir. Yaxşı qarşılaşma olacaq və türklərin keçmək şansı az deyil. Heyət olaraq rəqibindən heç də geri qalmırlar. “Fənər”in rəqibi isə ÇL-in 2 qat qalibi olub. Yaxşı komandadırlar, yetərincə mübariz və əzmkardırlar. Ancaq İngiltərə Premyer Liqasında işləri yaxşı getmir, eniş yaşayırlar. Bu məqamdan istifadə edib keçmək olar. “Fənərbağça” Avropa Liqasının kubokunu götürmək istəyirsə, belə rəqibləri üstələməyi bacarmalıdır”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR