İnsanlara hürriyət, millətlərə istiqlal!

İradə İbrahimova üzgərmə əməliyyatı etdirib? 

675 05.05.2026 22:12 Şou-biznes A A
 
Müğənni İradə İbrahimovanın sosial mediada paylaşdığı son görüntülərdə görünüşündə ciddi dəyişiklik olduğu diqqət çəkib. Sənətçinin simasındakı, xüsusilə gözlərindəki fərqlilik izləyicilərin də nəzərindən qaçmayıb. Sosial media istifadəçiləri müğənninin üzgərmə əməliyyatı etdirdiyini iddia edərək onu tənqid ediblər.
 
Musavat.com xəbər verir ki, İradə İbrahimova "Qonaqcanlı” verilişində bu iddialara münasibət bildirib:
 
"Mən özünə güvənən xanımam, amma arada bir xırda toxunuşlar lazımdır. Xanımlar bir şeyi əvvəlcə özləri üçün edir, sonra başqalarına xoş gəlmək üçün. Ekran gözəlliyi sevir. Mən də ifrata varmadan, cüzi də olsa daha gözəl görünməyə çalışıram. Bunlar çox kiçik toxunuşlardır. Üzümdə bir qədər dəyişiklik etmişəm, düşünürəm ki, izləyicilərim məmnun qalıb. Bəyənməyənlərə də sevgimi göndərirəm. Sevən məni hər halımla sevər".
 
Könül
Musavat.com
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR