İran pilotsuz təyyarəsi ABŞ təyyarədaşıyan gəmisi USS Abraham Linkolnun yerləşdiyi Ərəbistan dənizinə bir həftə ərzində ikinci uzunmənzilli uçuşunu həyata keçirib.
Musavat.com Flightradar24 aviasiya resursunun məlumatlarına istinadən xəbər verir ki, dünən Cənub-şərqi İrandan buraxılan pilotsuz təyyarə Oman körfəzi üzərindən uçaraq Omanın şərqindəki Ərəbistan dənizinə daxil olub.
Avropa Sentinel-2 məsafədən zondlama peyki tərəfindən bir həftə əvvəl çəkilmiş görüntülərə görə, USS Abraham Lincoln təyyarədaşıyan gəmisi Ərəbistan dənizində, İran sahillərindən 700 kilometr və Omandan 300 kilometr şərqdə üzür. Daha əvvəl ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) təyyarədaşıyan gəminin İrandan 800 kilometr (500 mil) məsafədə olduğunu bildirmişdi.
CENTCOM-un məlumatına görə, 3 fevralda Amerikanın F-35C qırıcı təyyarəsi Ərəbistan dənizində təyyarədaşıyan gəmiyə yaxınlaşan İrana məxsus Şahed-139 pilotsuz təyyarəsini vurub.
Musavat.com






