İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Dubayı BOMBALAYIR - Tramp susur

2527 28.02.2026 22:34 Dünya A A

İran bu gün İraqın Ərbil şəhərində ABŞ konsulluğuna zərbə endirib.

Musavat.com xəbər verir ki, eyni zamanda Dubayın məşhur Palm Jumeirah bölgəsində partlayışlar davam edir.

Əmirlik Müdafiə Nazirliyinin açıqlamasına görə, Küveyt Silahlı Qüvvələrinin üç hərbçisi İrandan atılan raketlərin qalıqları nəticəsində yaralanıb.

Bəyanata görə, hərbçilər ABŞ qüvvələrinin yerləşdiyi Əli əl-Salem Hava Bazasında qəlpə yaraları alıblar.

ABŞ Prezidenti Donald Tramp isə son səkkiz saat ərzində heç bir açıqlama verməyib və "Truth Social" hesabında heç bir paylaşım etməyib. Bu, onun üçün qeyri-adi hal sayılır.

CENTCOM qüvvələri isə İrandan edilən raket və pilotsuz hücumların yüzlərlə cəhdini uğurla dəf edib. ABŞ hərbçiləri arasında itki və ya döyüşlə bağlı xəsarət barədə məlumat daxil olmayıb. Hərbi obyektlərə dəymiş zərər minimal olub və onların fəaliyyətinə təsir göstərməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR