İnsanlara hürriyət, millətlərə istiqlal!

“İran razılaşma istəyir” – Trampdan gərginliyi artıran açıqlama

2834 31.01.2026 02:07 Dünya A A

ABŞ prezidenti Donald Tramp İrana mümkün hərbi zərbə və Tehranla aparılan danışıqlarla bağlı diqqətçəkən və gərginliyi artıran açıqlamalar verib.

Musavat.com xəbər verir ki, Tramp jurnalistin “İrana razılaşma üçün konkret vaxt verirsinizmi?” sualına cavabında bu müddətin yalnız İran tərəfinə məlum olduğunu deyib: “Bu vaxtın nə qədər olduğunu yalnız onlar dəqiq bilirlər”.

ABŞ prezidenti eyni zamanda Tehranın razılaşma əldə etmək niyyətində olduğunu açıq şəkildə vurğulayıb: “İran razılaşma istəyir”.

Tramp açıqlamasında hərbi təzyiq amilinə də xüsusi yer ayıraraq bildirib ki, hazırda İran istiqamətində çox böyük hərbi qüvvə hərəkətə gətirilib: “İran tərəfə doğru iri bir armada, böyük bir donanma göndərilir. Necə adlandırmaq istəyirsinizsə adlandırın. Bu, Venesuela ilə bağlı istifadə etdiyimiz qüvvədən belə daha böyükdür”.

 


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR