İnsanlara hürriyət, millətlərə istiqlal!

İran rejimi son həddə çatdı: küçələrdən sonra dar ağacı  

785 14.01.2026 14:33 Gündəm A A

İranda etiraz aksiyalarına qarşı repressiyalar yeni və daha təhlükəli mərhələyə keçir.

Musavat.com xəbər verir ki, ölkənin məhkəmə sisteminin rəhbəri Qolam Hüseyn Möhseni-Ejeyi yaxın günlərdə sürətli məhkəmə proseslərinin keçiriləcəyini və edam hökmlərinin icra oluna biləcəyini açıq şəkildə bəyan edib.

Bu barədə Associated Press məlumat yayıb. İranın ali məhkəmə rəsmisi daha əvvəl də etiraz aksiyalarında iştirak edənlərə qarşı maksimal sərtlik tətbiq olunacağını bildirmişdi.

Möhseni-Ejeyinin sözlərinə görə, hakimiyyət küçə etirazlarını və kütləvi aksiyaları “dövlətə qarşı üsyan” kimi qiymətləndirir və bu səbəbdən heç bir güzəşt nəzərdə tutulmur:“İğtişaşlarda və üsyanlarda iştirak edənlər üçün cəza qətiyyətli, maksimum və qanunun bütün sərtliyi ilə olacaq”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR