ABŞ Prezidenti Donald Trampın 2011-ci ildə səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib.
Musavat.com xəbər verir ki, Tramp həmin çıxışında o dövrdə prezident olan Barak Obamanı sərt tənqid edərək belə demişdi:
“Bizim prezident İranla müharibəyə başlayacaq, çünki danışıqlar aparmağı bacarmır. O, zəif və qeyri-effektivdir. Obama bizi Yaxın Şərqdə bir bataqlığa sürükləmək istəyir.
İrana qarşı müdaxilə axmaqlıqdır. Çünki bu intihardır, bu Amerika əsgərinin anlamsız müharibədə ölməsidir. Trilyonlarla dollar vəsaitin amerikalıların cibindən çıxarılıb mənasız müharibəyə xərclənməsidir. Obama, sən bizi uçuruma aparırsan.”
Musavat.com






