İnsanlara hürriyət, millətlərə istiqlal!

İrana qarşı sürünən müharibə – Regiona BÖYÜK təhlükə

522 17.07.2026 10:35 Region A A

Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

Musavat.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

Politico”: ABŞ Hörmüz boğazından keçid üçün rüsum tətbiq edə bilər

“ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi", - paylaşımda bildirilir. Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib. İranın Bəndər-Xomeyni şəhərinə endirilən zərbələr nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb.

İran isə ABŞ-nin Küveytdə yerləşən hərbi qüvvələrinə və logistika təminatı mərkəzlərinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib. Bu barədə Fars agentliyi məlumat yayıb. Agentliyin yaydığı İran ordusunun bəyanatında bildirilib ki, hücum "İldırım" əməliyyatının on ikinci mərhələsi çərçivəsində həyata keçirilib. Məlumata görə, zərbələr zamanı İran ordusunun "Araş" tipli zərbə PUA-larından istifadə olunub və hədəf ABŞ qüvvələrinin dislokasiya məntəqələri ilə maddi-texniki təminat obyektləri olub. İran dronları ABŞ-nin Bəhreyndəki aviabazasına da hücum edib. Bu barədə Tasnim agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı ABŞ-a məxsus helikopterlərin və kəşfiyyat təyyarələrinin yerləşdiyi obyektlər hədəfə alınıb.

Ümumiyyətlə, beş gündür ki, ABŞ ilə İran arasında hava zərbələri mübadiləsi davam edir. Hələ ki, qarşılıqlı zərbələr “dozalaşdırılmış” şəkildə olsa da, hərbi eskalasiya get-gedə genişlənməkdədir. Bu arada İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran hazırda ABŞ ilə danışıqları bərpa etməyi düşünmür və öz müdafiəsinə diqqət yetirir. Bəqai, həmçinin, İran və ABŞ arasında imzalanan anlaşma memorandumunun "qarşılıqlı öhdəliklər toplusunu təmsil etdiyini” söyləyib. O, əlavə edib ki, "qarşı tərəfin pozuntuları halında" Tehran da “öhdəliklərini yerinə yetirməkdən çəkinəcək" və "gələcəkdə də eyni prinsipə riayət edəcək”. Hələliksə İrana qarşı sürünən müharibə davam edir. Bu, daha böyük müharibəyə zəmin yarada bilərmi? Zaman kimə işləyir – ABŞ-yə, yoxsa İrana?

İsraildən ABŞ-İran razılaşmasına sərt REAKSİYA - Globalinfo.az

Siyasi ekspert Ramiyə Məmmədovanın fikrincə, İranın hərbi potensialının zəiflədilməsi əməliyyatı davam edir. Onun sözlərinə görə, son xərbələrdə hədəf Hörmüz boğazının açılmasına nail olmaqdır: “Bunu məcburetmə əməliyyatı da adlandırmaq olar. ABŞ İrandan ticrət gəmilərinə basqıları dayandırmağı tələb edir. Eyni zamanda, dəniz blokadası yenə tətbiq olunmaqdadır. Təbii ki, ABŞ-nin burada itirdiyi heç nə yoxdur. Zaman İranın əleyhinə işləyir. Çünki həm resursları azaldılır, həm iqtisadi vəziyyəti ağırlaşır, həm təzyiq altındadır. Dəniz blokadası İran üçün ölümcül zərbələrdir. Ona görə də Tehran gec-tez razılaşmaya gedəcək. Sadəcə, görüntü yaradılır ki, guya ABŞ-nin cavabı verilir. Faktiki müharibə İran ərazisində gedir. Ona görə də Tehran rəsmiləri və SEPAH rejimi götür-qoy etməlidir”.

Ekspertin proqnozuna görə, Hörmüz boğazı açılana qədər İranın bombalanması davam edəcək: “ABŞ İranı tam zəiflətmək niyyətindədir. Əslində, rejim fevraldan bəri aldığı zərbələrdən taqətini itirib. Burada Çin mühüm rol oynamaqdadır. Əks halda, İran məsələsi çoxdan yekunlaşmışdı. İstənilən halda, gedişat İrana yaxşı nəsə vəd etmir”.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR