ABŞ Prezidenti Donald Tramp İranda hakimiyyət dəyişikliyinin artıq baş verdiyini iddia edib.
Musavat.com xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bu barədə danışarkən diqqətçəkən fikirlər səsləndirib.
Onun sözlərinə görə, İranda hazırkı vəziyyət əvvəlki siyasi sistemdən kəskin şəkildə fərqlənir və bu, faktiki olaraq rejim dəyişikliyi kimi qiymətləndirilə bilər.
“Əsasən, rejim dəyişikliyi baş verib. Rejim dəyişib, çünki indi liderlər bütün bu problemləri yaradanlardan tamamilə fərqlidirlər”, – deyə Tramp bildirib.
ABŞ prezidentinin bu açıqlaması beynəlxalq mediada da geniş rezonans doğurub. Belə ki, The Jerusalem Post və CBS News nəşrləri Trampın Ağ Evdəki çıxışına istinadla bu fikirləri yayıb və onun İran rəhbərliyində baş verən dəyişiklikləri “rejim dəyişikliyi” kimi təqdim etdiyini qeyd edib.
Musavat.com






