İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda MƏXFİ "110 KODU"nun sirri açıldı: Xameneinin öldürüləcəyi gün üçün plan hazırmış

1252 19.07.2026 15:43 Dünya A A

"Müharibədən əvvəl bütün mümkün ssenarilər, o cümlədən ölkənin ali liderinin öldürülməsi ehtimalı belə ən yüksək səviyyədə nəzərdən keçirilmişdi".

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, bu ehtimal üçün də əvvəlcədən xüsusi fəaliyyət planı hazırlanıb və buna görə də hər hansı böhranlı vəziyyət baş verəcəyi təqdirdə, İran rəhbərliyi dərhal reaksiya verməyə tam hazır olub.

“Bütün ssenarilər müharibədən əvvəl nəzərdən keçirildi; hətta liderin öldürüləcəyi təqdirdə nə edəcəyimiz barədə planımız var idi. Buna görə də heç təəccüblənmədik və hər şeyə hazır idik”, - deyə Əraqçi qeyd edib.

XİN başçısı əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurasının iclaslarında ali liderin öldürülməsi ehtimalını birbaşa ifadə etmək çətin olduğundan, bunun üçün məxfi “110 kodu”ndan istifadə olunub. İclas iştirakçılarının hamısı isə bu şifrənin hansı mənanı kəsb etdiyini çox yaxşı biliblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR