İnsanlara hürriyət, millətlərə istiqlal!

İrandan ABŞ-a HƏDƏ: hərbi qüvvələri məhv edərik

564 27.02.2026 13:49 Dünya A A

İran Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Əbülfəzl Şikarçı bəyan edib ki, hər hansı bir münaqişə baş verəcəyi təqdirdə ABŞ-ın bölgədəki hərbi qüvvələri və texnikası məhv ediləcək.

Musavat.com xəbər verir ki, Şikarçı çıxışında ABŞ-ın bölgədə ata biləcəyi hər hansı bir addımın ciddi fəsadlara yol açacağını vurğulayıb:

"Hər hansı münaqişə zamanı amerikalı əsgərlər və onların texnikası sıradan çıxarılacaq".

O həmçinin əlavə edib ki, ABŞ tərəfindən atılan hər hansı "axmaq addım" regionda genişmiqyaslı müharibə alovunu qızışdıra bilər.

Xatırladaq ki, bu kəskin bəyanat Trampın İrana qarşı səsləndirdiyi fikirlərdən sonra gəlib. Tramp İranı "dünyanın ən böyük terror sponsoru" adlandırmış və onların nüvə silahı əldə etməsinə imkan verməyəcəklərini qətiyyətlə bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR