İsrail və ABŞ-nin İrana qarşı hava zərbələri davam edir.
Musavat.com xəbər verir ki, dövlət mediasının yaydığı məlumata görə, bazar günü ölkənin şimal-qərbində yerləşən Məşhəd hava limanı növbəti hücumların hədəfinə çevrilib.
Məlumatda bildirilir ki, hava limanına endirilən zərbə davam edən əməliyyatların tərkib hissəsidir. Hadisə yerindən yayılan görüntülərdə güclü partlayış səsləri eşidildiyi və ərazidə tüstü müşahidə olunduğu qeyd edilir.
Eyni zamanda, İranın cənubundakı Buşehr şəhəri yaxınlığında da partlayış baş verib. Zərbədən sonra səmaya qalxan qalın tüstü buludunun kilometrlərlə uzaqdan göründüyü bildirilir.
Hücumun əsas hədəflərindən birinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “İmam Sadiq” Hava Bazasındakı hava hücumundan müdafiə qurğusu olduğu iddia olunur. Rəsmi qurumlar bu məlumatı hələlik təsdiqləməyib.
Bununla yanaşı, media resursları Tehran İnqilab Məhkəməsinin binasının da bombalandığını və ciddi dağıntılara məruz qaldığını yazır. Hadisə ilə bağlı ölən və yaralananlar barədə hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com






