İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın "Şahid" PUA-sı ABŞ-ın Bəhreyndəki hərbi obyektlərini vurdu

707 28.02.2026 19:00 Dünya A A

İranın pilotsuz uçuş aparatının (PUA) Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin strateji obyektlərinə birbaşa zərbə endirdiyi bildirilir.

Musavat.com xəbər verir ki, almaniyalı hərbi müşahidəçi Yulian Röpke bu məlumatı təsdiqləyərək, zərbənin hədəfləri barədə təfərrüatları açıqlayıb. Onun verdiyi məlumata görə, İranın "Şahid" kamikadze dronu Cufeyrdə yerləşən 55-ci əməliyyat qrupunun birləşmiş komandanlığına və 50-ci esminets eskadrilyasına birbaşa zərbə endirib.

Bu hadisə İranın bölgədəki ABŞ hərbi infrastrukturuna qarşı cavab tədbirlərinin başladığını göstərir. Zərbə nəticəsində yaranan dağıntılar və canlı qüvvə itkisi barədə hələlik rəsmi Vaşinqton tərəfindən açıqlama verilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR