İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla danışıqlar fonunda ABŞ hərbi karvanı HƏRƏKƏTƏ KEÇDİ VİDEO

728 06.02.2026 18:54 Dünya A A

ABŞ-nin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın şimal-şərqindəki Əş-Şəddadi bazasından İraq Kürdüstanı bölgəsindəki Ərbilə doğru hərəkət etdiyi görüntüləri yayımlanıb.

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bununla bağlı “Open Source Intel” (OSINT) “X” hesabında paylaşım edib.

Bu hərəkət analitiklər arasında yeni fərziyyələrə səbəb olub.

Mütəxəssislər bildirirlər ki, karvanın qeyri-adi və izah olunmayan hərəkəti ABŞ-nin regional hərbi strategiyası ilə bağlı ehtimalları gündəmə gətirir.

Xüsusilə, Omanda baş tutan və qarşıdan gələn İranla danışıqlar uğursuz olarsa, bu addım Amerikanın İrana qarşı hərbi əməliyyat ssenarilərinə hazırlıq kimi dəyərləndirilə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR