İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla müharibədə sursat böhranı: Raket tapılmaya bilər

5355 01.03.2026 10:25 Dünya A A

ABŞ və İsrailin hava hücumundan müdafiə (HHM) sistemləri ciddi sınaq qarşısındadır.

Musavat.com xəbər verir ki, "Bloomberg" agentliyinin məlumatına görə, İran hücumlarını bu intensivliklə davam etdirərsə, müttəfiqlərin sursat ehtiyatı tamamilə bitə bilər.

Nəşr vurğulayır ki, bir hədəfi havada zərərsizləşdirmək üçün orta hesabla 2-3 HHM raketi tələb olunur. Keçən ilin yayında İranla baş verən hərbi qarşıdurmadan sonra bu ehtiyatların artıq kifayət qədər aşağı səviyyədə olduğu ehtimal edilir.

Stimsom Analitik Mərkəzinin mütəxəssisi Kelli Qrieko mövcud vəziyyəti belə şərh edib:

"Ən böyük narahatlıq doğuran məqam raketləri zərərsizləşdirən tutucu raketlərdir, xüsusən də ballistik raketlərə qarşı olanlar. Biz onları istehsal etdiyimizdən daha sürətli şəkildə sərf edirik".

Bu çatışmazlıq İsrail və ABŞ-ın uzunmüddətli müharibə aparmaq imkanlarını sual altına qoyur və İranın raket hücumlarının müttəfiqlərin müdafiə qabiliyyətinə ciddi zərbə vurduğunu göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR