İnsanlara hürriyət, millətlərə istiqlal!

İranla savaş ABŞ-yə görün neçəyə başa gəlir - Pentaqon Konqresə HESABAT VERDİ

1168 08.03.2026 16:32 Dünya A A

ABŞ üçün İranla müharibənin bir həftəsi təxminən 6 milyard dollara başa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Bildirilir ki, Pentaqon bu həftə ABŞ Konqresinə təqdim etdiyi hesabatda İranla qarşıdurmanın ilk günlərində çəkilən xərclərlə bağlı rəqəmləri açıqlayıb.

Məlumata görə, ümumi xərclərin böyük hissəsi hərbi sursatlara sərf olunub. Belə ki, təxminən 4 milyard dollar müxtəlif növ döyüş sursatlarının alınmasına və istifadəsinə yönəldilib. Bu vəsait əsasən İranın buraxdığı raketlərin qarşısını almaq üçün istifadə olunan raketdən müdafiə və tutucu sistemlər üçün ayrılıb.

Hesabatda qeyd olunur ki, ABŞ və müttəfiqləri regionda təhlükəsizliyi təmin etmək, həmçinin İranın mümkün raket hücumlarının qarşısını almaq üçün geniş miqyaslı müdafiə tədbirləri həyata keçirir. Bu səbəbdən hava hücumundan müdafiə sistemləri və tutucu raketlərin istifadəsi xərclərin əsas hissəsini təşkil edir.

Mütəxəssislər hesab edir ki, qarşıdurma uzun müddət davam edərsə, ABŞ üçün hərbi xərclər daha da artacaq və milyardlarla dollar əlavə vəsait tələb oluna bilər.

Hazırda Vaşinqton administrasiyası regiondakı vəziyyəti diqqətlə izlədiyini və lazım gəldiyi halda əlavə hərbi resursların cəlb ediləcəyini bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR