İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan və Ankara sərhədin açılması üçün danışıqları SÜRƏTLƏNDİRİR

404 13.02.2026 18:13 Siyasət A A

İrəvan və Ankara Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı artıq əldə olunmuş razılaşmaların sürətlə həyata keçirilməsi mövzusunda danışıqları davam etdirirlər.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında danışıb.

“Vaxt barədə konkret heç nə deyə bilmərəm. Türkiyə ilə əldə edilmiş razılaşmaların icrasını gözləyirik. Bu razılaşmaları mümkün qədər tez həyata keçirmək üçün Türkiyə tərəfi ilə danışıqları davam etdiririk”, - Qriqoryan sərhədin açılma ehtimalı ilə bağlı suallara cavabında bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR