Türk Hava Yolları 2026-cı ilin iyun ayından etibarən İstanbul–İrəvan istiqamətində həftədə 14-ə qədər uçuş həyata keçirməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, bu barədə İrəvanın Zvartnots hava limanının mətbuat xidməti məlumat yayıb.
Aviaşirkət martın 11-dən gündəlik uçuşlara başlayacaq, mayın 14-dən uçuş sayı həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılacaq.
Qeyd edək ki, Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç 2025-ci ilin dekabrında planlaşdırılan bu hava nəqliyyatını elan edib və bunu “daha bir irəliləyiş” adlandırıb.
Musavat.com






