İnsanlara hürriyət, millətlərə istiqlal!

 “İskəndər” və “Kinjal”a qarşı YENİ RADAR - 1 milyard dollarlıq proqram

1063 20.02.2026 15:20 Dünya A A

ABŞ ordusu “Patriot” zenit-raket kompleksinin tərkibində istifadə olunacaq yeni radar sisteminin sınaqları üçün “Lockheed Martin” şirkətinə 33,8 milyon dollar məbləğində maliyyə vəsait ayırıb. 

Musavat.com xəbər verir ki, bu barədə "Defense Express" məlumat yayıb.

Vəsait “Patriot” sisteminin tərkibində olan “Lower Tier Air and Missile Defense Sensor” (LTAMDS) radiolokasiya stansiyasının yerüstü və buraxılış sınaqlarının dəstəklənməsinə yönəldiləcək.

Analitiklərin fikrincə, Vaşinqton bu addımla ballistik və hipersəs raketlərinin, o cümlədən Rusiyanın “İskəndər-M” və “Kinjal” tipli raketlərinin ələ keçirilməsi imkanlarını yoxlamağı hədəfləyir.

Qeyd olunur ki, yeni radar “Patriot” kompleksinin əsas çatışmazlıqlarından biri sayılan məhdud baxış sektorunu aradan qaldırmaq üçün hazırlanıb. LTAMDS sistemi üç ayrı radardan ibarətdir və bu da 360 dərəcəlik müşahidə imkanı yaradır.

Hazırda sistem müxtəlif şəraitlərdə imkanlarının təsdiqi məqsədilə sınaq mərhələsindədir. ABŞ-nin planına əsasən, ildə 12 ədəd belə radar istehsal olunacaq. İlk xarici sifariş isə artıq Polşadan daxil olub.

Bildirilir ki, LTAMDS istehsalının 2030-cu ilədək təmin olunması üçün ABŞ mərhələli şəkildə ümumilikdə 1,025 milyard dollar vəsait ayıracaq. Analitiklərə görə, bu radar gələcək “Patriot” tədarükləri üçün əsas sistemə çevriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR