İsmayıllıda 31 yaşlı qadın itkin düşüb.
DİN-in Mətbuat xidmətinin regional qrupundan Musavat.com-a verilən xəbərə görə, İsmayıllı rayon sakini 31 yaşlı Aygün Əzizova aprelin 2-də yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
A.Əzizovanın əlamətləri: boyu 167 sm, gözlərinin rəngi şabalıdı, saçları uzun qaradır. Evdən çıxan zaman əynində qara rəngli jilet və şalvar olub.







