İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ABŞ-nin Qüdsdəki Səfirliyinin inşası üçün torpaq sahəsi ayırıb

581 25.03.2026 04:02 Dünya A A

İsrail hökuməti Qüdsdə ABŞ-nin Səfirlik binasının tikintisi üçün torpaq sahəsinin ayrılmasını təsdiqləyib.

"Report"un məlumatına görə, bu barədə Baş nazir Benyamin Netanyahu, xarici İşlər naziri Gideon Saar və tikinti naziri Haim Katzın birgə bəyanatında bildirilib.

Bəyanatda qeyd olunur ki, səfirliyin binasının tikintisi ABŞ-nin Qüdsü İsrailin paytaxtı kimi tanımaq öhdəliyinin uzunmüddətli ifadəsi və ikitərəfli münasibətlərin gücünün təsdiqi olacaq.

İsrail rəhbərliyi həmçinin bu qərarın İsrail və ABŞ-nin İrana qarşı birgə əməliyyatı kontekstində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

"Bu, ölkələrimiz arasında müttəfiqliyin və strateji tərəfdaşlığın gücünün daha da təsdiqlənməsinə xidmət edir", - bəyanatda bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR