İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Zelenskinin qərarını DƏSTƏKLƏDİ

616 03.02.2026 11:04 Dünya A A

İsrail hökuməti Ukraynanın İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq qərarını dəstəkləyib.

Musavat.com xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar qərarın diplomatik və mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını bildirib.

"Biz Ukrayna prezidenti Volodimir Zelenskinin İran İnqilab Keşikçilərini terror təşkilatı kimi tanımaq qərarını dəstəkləyirik. Bu, terrora, repressiyalara qarşı və azadlıq uğrunda atılan vacib addımdır", - o deyib.

Qeyd edək ki, Ukrayna İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına əlavə edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

"Ukrayna şəhərlərimizə və kəndlərimizə, xalqımıza hücum edən minlərlə "Şahed"in heç birini unutmayacaq", - Ukrayna lideri bildirib.

Xatırladaq ki, yanvarın 29-da Avropa İttifaqı da SEPAH-ı terror təşkilatları siyahısına salıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR