İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildə QALMAQAL – Media erməni PUA-ları haqda elə şey yazdı ki...

1121 16.02.2026 16:32 Dünya A A

Ermənistanın hərbi sənayesi ilə bağlı xəbərlər növbəti mübahisənin mərkəzinə düşüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İsrail mediasında yayılan məlumatlarda erməni istehsalı olduğu bildirilən “Dragonfly 3” tipli pilotsuz uçuş aparatlarının (PUA) texnologiyasının başqa ölkələrdən – xüsusilə İsrail mənşəli mənbələrdən sızdırıldığı iddia olunub.

Məlumatlarda bu prosesin Hindistan şirkətləri vasitəsilə həyata keçirilə biləcəyi ehtimalı da irəli sürülüb.

İddiaların yayılmasından sonra Ermənistanın dron istehsalçısı olan “Davaro” şirkəti açıqlama verərək məlumatları təkzib edib. Şirkət iddia edir ki, məhsullar tamamilə öz texnoloji həlləri əsasında hazırlanır və yayılan “analizlər” qeyri-dəqiq məlumatlara söykənir.

Açıqlamada qeyd olunur ki, aviasiya və müdafiə sənayesində oxşar konstruktiv və aerodinamik həllərdən istifadə edilməsi “kopiya” və ya “təqlid” kimi qiymətləndirilə bilməz. Eyni zamanda, şirkət özünün elmi-tədqiqat və modernizasiya proqramları həyata keçirdiyini, istehsal güclərini genişləndirdiyini vurğulayıb.

Hazırda məsələ ilə bağlı rəsmi beynəlxalq araşdırma aparıldığına dair bilgi yoxdur. Lakin mövzu həm təhlükəsizlik, həm də regional balans baxımından diqqətlə izlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR