İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı planlaşdırılan sui-qəsd cəhdinin qarşısı alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Israel Hayom qəzeti məlumat yayıb.
Məlumata görə, təxminən 20 yaşlarında olan şübhəli şəxs İsrailin təhlükəsizlik xidməti və polisi tərəfindən saxlanılıb. Onun Yəmən və Türkiyədəki islamçı qruplarla əlaqə saxladığı, həmçinin intihar aktı törətmək niyyətində olduğu bildirilib.
İstintaq materiallarında qeyd olunur ki, şübhəli konkret olaraq Ben-Qvirə qarşı hücum planlaşdırırmış. Lakin əməliyyat tədbirləri nəticəsində plan həyata keçirilməmişdən əvvəl ifşa olunub.
Musavat.com






