Özbəkistanın İstanbuldakı Baş Konsulluğu əvvəllər itkin düşmüş kimi qeydə alınan daha bir Özbəkistan vətəndaşının ölümünü təsdiqləyib.
Musavat.com xəbər verir ki, bu barədə diplomatik missiyanın rəsmi “Telegram” kanalında məlumat dərc edilib.
"İlkin məlumatlara görə, Durdona Hakimovanın ölümü ilə bağlı hadisədən sonra itkin düşmüş hesab edilən 1994-cü il təvəllüdlü vətəndaş Sayora Erqaşaliyevanın da öldürüldüyü müəyyən edilib", - deyə açıqlamada bildirilir.
Müstəntiqlərin sözlərinə görə, 23 yanvarda mübahisə zamanı qurbanların iki həmyerlisi Erqaşaliyevanı bıçaqlayaraq öldürüb, cəsədini hissələrə ayırıb və qalıqları Fatih rayonunda zibil qutularına atıblar.
Növbəti gün onlar ölənin telefonundan istifadə edərək Durdona Hakimovaya zəng ediblər və onu eyni şəkildə öldürüblər, cəsədini Şişli rayonunda zibil qutularına atıblar.
Şübhəlilər saxlanılıb, etiraf ifadəsi veriblər və hazırda həbsdədirlər. Baş Konsulluq istintaqı nəzarətə götürüb.
Musavat.com






