Çeçenistan rəhbəri Ramzan Kadırov növbəti fəxri mükafata layiq görülüb.
Musavat.com xəbər verir ki, Ramzan Kadırov “İdmanda nailiyyətlərə görə” fəxri nişanı ilə təltif edilib. Mükafat ona Çeçenistan Respublikasında idmanın inkişafı və geniş şəkildə təşviqi sahəsində göstərdiyi böyük töhfəyə görə verilib.
Məlumata görə, mükafatlandırma idman infrastrukturlarının qurulması, gənclərin idmana cəlb edilməsi və respublikada beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinə verdiyi dəstək nəzərə alınmaqla həyata keçirilib.
Qeyd edək ki, Ramzan Kadırov daha əvvəl də idman və ictimai fəaliyyət sahəsində müxtəlif orden və medallarla təltif olunub.
Musavat.com






