Böyük Britaniya və Kanadanın Çinlə iş görmək niyyəti təhlükə ilə doludur.
Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə hesab edir.Jurnalistlərlə söhbət zamanı Amerika liderindən Böyük Britaniyanın Baş naziri Keir Starmerin Çinə səfəri ilə bağlı şərh verməsi istənilib: "Bu, onlar üçün çox təhlükəlidir. Kanada üçün isə Çinlə iş görmək daha da təhlükəlidir. Kanada pis vəziyyətdədir, amma Çinə həll yolu kimi baxmaq olmaz. Mən Çini çox yaxşı tanıyıram, Prezident Si Cinpini tanıyıram, o mənim dostumdur, amma bu (Çin - red.) ciddi maneədir".
O, həmçinin zarafatla Çinin hətta Kanadaya xokkey oynamağı qadağan edə biləcəyini də deyib.
Musavat.com






