Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında atışma baş verib.
Musavat.com xəbər verir ki, məlumatı Noticias Caracol radiostansiyası yayıb. Mənbələr ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildiriblər. Məlumata görə, ərazi üzərində PUA-lar uçmuş ola bilər ki, bu da hava hücumundan müdafiə sistemlərini işə salıb.
NBC News-un Vaşinqtonun hadisəyə qarışmadığını iddia edən adları açıqlanmayan ABŞ administrasiyasının rəsmilərinə istinadən məlumatına görə, ABŞ Karakasdakı prezident sarayının yaxınlığında atışma xəbərlərini izləyir: "Administrasiya Venesuelada atışma xəbərlərini yaxından izləyir”.
Musavat.com






