Turizm sənayesi WUF13-ün keçirilməsinə tam hazırdır. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Belə tədbirlərin turizm potensialımızın dünyaya tanıdılmasında mühümdür.
Musavat.com xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.
O qeyd edib ki, agentlik forum çərçivəsində 7 istiqamətdə fəaliyyət göstərməyi nəzərdə tutub: “Forum çərçivəsində 24 şəhərə turlar təşkil olunacaq. Bura işğaldan azad etmiş ərazilər də daxildir”.
Nigar HƏSƏNLİ
Musavat.com






