Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Kalininqrad vilayətində yerləşən pravoslav kilsəsində planlaşdırılan terror aktının qarşısını alıb.
Musavat.com xəbər verir ki, bu barədə FTX məlumat yayıb.
Məlumatda bildirilir ki, 17 yaşlı yeniyetmə Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə terror hazırlığında olub.
İstintaqın iddiasına əsasən, o, hücum üçün kustar üsulla hazırlanmış yandırıcı qurğular düzəldib. Yeniyetməyə terror aktına cəhd maddəsi üzrə ittiham irəli sürülüb və o, məhkəmə qərarı ilə həbs edilib.
Musavat.com






