Ukrayna ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətlərdə sərgilədiyi yanaşmanı müsbət qiymətləndirib.
Musavat.com xəbər verir ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Vaşinqtonun “qorxmadan hərəkət etmək” prinsipinə əsaslanan siyasəti Kiyev tərəfindən dəstəklənir.
Nazirin sözlərinə görə, Şimali Atlantik okeanında Rusiya bayrağı altında üzən gəminin saxlanılması Amerika Birləşmiş Ştatlarının qətiyyətli liderliyini nümayiş etdirir.
“Rusiya bayrağı altında üzən gəminin Şimali Atlantikdə saxlanılması Birləşmiş Ştatların qətiyyətli liderliyini açıq şəkildə ortaya qoyur”, – deyə Sibiqa qeyd edib.
O əlavə edib ki, Ukrayna ABŞ prezidenti Donald Trampın Rusiya ilə münasibətlərdə sərgilədiyi bu yanaşmanı beynəlxalq təhlükəsizlik baxımından mühüm hesab edir.
Musavat.com






