İnsanlara hürriyət, millətlərə istiqlal!

Klinton Konqresdə ifadə verdi: Hillarinin dindirilməsi ədalətsizlikdir

441 28.02.2026 09:02 Dünya A A

ABŞ-ın keçmiş prezidenti Bill Klinton Ceffri Epşteyn işini araşdıran Nümayəndələr Palatasının Nəzarət Komitəsinin qapalı dinləməsi zamanı Konqres üzvlərinin bütün suallarını cavablandırıb.

Musavat.com xəbər verir ki, bunu Komitə sədri Ceyms Komer (Respublikaçı -Kenza) jurnalistlərə deyib: "Bu, çox məhsuldar bir ifadə idi. Deməliyəm ki, keçmiş prezident Klinton hər suala cavab verib və ya hər suala cavab verməyə çalışıb".

Konqresmen Nensi Meys (Respublikaçı -Cənubi Karolina) əlavə edib ki, Klinton "həqiqətən hər suala cavab verməyə çalışıb və vəkilləri ona susmağı məsləhət görsələr belə danışmağa davam edib".

Daha əvvəl Klinton uşaq təcavüzünə görə məhkum edilmiş Epşteynin cinayətlərində hər hansı bir iştirakını qətiyyətlə rədd etmişdi. O, maliyyəçi ilə əlaqələrinin cinayətkar fəaliyyətləri məlum olmamışdan çox əvvəl dayandırıldığını qeyd edib. Keçmiş prezident həmçinin həyat yoldaşı Hillari Klintonun dinləməyə çağırış vərəqəsini ədalətsiz adlandıraraq, onun heç vaxt Epşteynin əmlakına baş çəkmədiyini vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR