İnsanlara hürriyət, millətlərə istiqlal!

Köçəryandan Paşinyana KƏSKİN hücum – “Rusiya bazasının taleyi...”

687 01.05.2026 13:38 Ölkə A A

Ermənistanda hakimiyyətə qarşı sərt və mübahisəli ittihamlar səsləndirilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli ekspert Tiqran Koçəryan Baş nazir Nikol Paşinyanın yenidən seçilməsi mümkünlüyü ilə bağlı kəskin və bir sıra müşahidəçilər tərəfindən qərəzli hesab olunan fikirlər səsləndirib.

Tiqran Köçəryan: “Qərb Ermənistanı ilin sonuna qədər bunu etməyə məcbur edir”

Köçəryan iddia edib ki, Paşinyanın hakimiyyətdə qalması Ermənistanın xarici siyasət kursunu dəyişməklə yanaşı, ölkənin dövlət modeli və suverenliyinə də təsir göstərə bilər. Onun sözlərinə görə, belə bir ssenaridə Rusiya Ermənistandakı iqtisadi və strateji aktivlərini itirə bilər.

O, nümunə kimi Samvel Karapetyanın biznes strukturları ətrafında baş verənləri göstərərək oxşar proseslərin digər sahələrə də şamil oluna biləcəyini irəli sürüb. Həmçinin “Qazprom” və ölkənin atom energetikası sahəsinin gələcəyinin sual altında qala biləcəyini iddia edib.

Köçəryan daha irəli gedərək, uzunmüddətli perspektivdə Ermənistan ərazisində Rusiya hərbi bazasının taleyinin də müzakirə mövzusuna çevrilə biləcəyini bildirib. Onun fikrincə, bu proseslər Ermənistanın geosiyasi istiqamətinin dəyişməsi ilə nəticələnə bilər və bu kontekstdə Türkiyə əsas tərəfdaş kimi ön plana çıxır. Sonda isə o, iddia edib ki, bu ssenari reallaşarsa, Ermənistan formal olaraq dövlət kimi qalsa belə, “suverenliyini və milli məzmununu itirə bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR