İnsanlara hürriyət, millətlərə istiqlal!

Kor kora kor deyir: Səddi dağılan Ohanyandan orduya kinayəli atmaca VİDEO

872 18.12.2025 20:11 Region A A

Ermənistanın sabiq müdafiə naziri, Xocalı qatili Seyran Ohanyan ölkə rəhbərliyinə təqdim olunan yeni hərbi geyim nümunələrini tənqid edərək onları kinayə hədəfinə çevirib.

Musavat.com xəbər verir ki, Ohanyan açıqlamasında hərbi formanın ordunun obrazına uyğun olmasının vacibliyini vurğulayıb və təqdim olunan nümunələrin bu tələbi nə dərəcədə ödədiyinin sual doğurduğunu bildirib.

Xocalı qatilinin sözlərinə görə, formaya obyektiv qiymət vermək üçün onu yalnız vizual baxımdan deyil, tam döyüş komplekti ilə birlikdə dəyərləndirmək lazımdır:

“Dəbilqə, bronjilet və döyüş meydanında zəruri olan digər avadanlıqlar olmadan formaya real qiymət vermək mümkün deyil”. 

Lakin diqqətçəkən məqam ondan ibarətdir ki, Xocalı qatili Seyran Ohanyan bu gün durub erməni ordusunun yeni geyim formasına lağ edir. Əslində isə lağ və istehza obyektinə çevrilməli biri varsa, o da məhz Ohanyanın özüdür.

Öz ətrafında illərlə süni və mənasız mif formalaşdıran, 30 il ərzində işğal altında saxlanılan Azərbaycan ərazilərində guya keçilməz hesab edilən “Ohanyan Səddi”ni quran həmin şəxs, əslində tarixin ironiyası ilə üz-üzə qaldı. Xocalı qatili Ohanyanın “müdafiə xətti” adlandırdığı, mahiyyət etibarilə it yuvalarını xatırladan mövqelər cəmi 4–5 gün ərzində Azərbaycan Ordusu tərəfindən darmadağın edildi və yerlə-yeksan olundu.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR