ABŞ Prezidenti Donald Tramp Truth Social platformasında İranı açıq şəkildə hədələdiyi paylaşımı profilinin yuxarı hissəsinə (pinned) yerləşdirib.
Musavat.com xəbər verir ki, paylaşımda Tramp İran istiqamətində “kütləvi armada”nın hərəkətə keçdiyini bildirir, bunun böyük güc, sürət və məqsədlə irəlilədiyini vurğulayır. O qeyd edir ki, söhbət əvvəllər Venesuelaya göndərilən qüvvələrdən daha böyük donanmadan gedir və bu armada zərurət yaranacağı təqdirdə “sürət və zorakılıqla” tapşırığını icra etməyə hazırdır.
Tramp İranı tez bir zamanda danışıqlar masasına oturmağa çağıraraq “ədalətli və bərabər” razılaşmanın mümkün olduğunu bildirir və əsas şərt kimi Tehranın nüvə silahından imtina etməsini qabardır. O, vaxtın tükəndiyini vurğulayaraq mesajının ciddiliyini ön plana çıxarır.
Musavat.com







