Sosial şəbəkələrdə Böyük Britaniyanın London şəhərində çəkildiyi bildirilən dava görüntüləri geniş müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, yayılan kadrlarda bir qrup hindistanlının (indus) bir restorana girərərk, fiziki qarşıdurma yaratdığı görünür.
Videonu paylaşan səhifələrin iddiasına görə, mübahisə restoranın menyusunda mal ətindən hazırlanmış kabab təqdim olunması ilə bağlı başlayıb. Bildirilir ki, özlərini hindu inancına mənsub hesab edən şəxslər buna etiraz edərək obyektə daxil olublar, qab-qacağı dağıdıb, sındırıblar. Hinduizm dinində inəyin müqəddəs sayılması səbəbilə onların buna sərt reaksiya verdiyi iddia edilir.

Paylaşımda bildirilir ki, restoran türk mənşəli sahibkarlarındır. Kadrlardan da görünür ki, onlar aqressiv hücum qarşısında layiqli cavab veriblər. Videoda qızğın əlbəyaxa davanın getdiyi aydın görünür.
Hadisənin dəqiq hansı tarixdə baş verdiyi, iştirakçıların kimliyi və rəsmi səbəbi barədə hələlik Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənmiş açıqlama yayılmayıb. Bu səbəbdən videoda səsləndirilən motivlərin hamısı sosial şəbəkə istifadəçilərinin iddiaları kimi qiymətləndirilir.
Musavat.com həmin görüntüləri təqdim edir.
Musavat.com






