Finlandiyanın iri yanacaqdoldurma şəbəkələrindən biri olan Teboil ölkədəki bütün yanacaqdoldurma məntəqələrinin fəaliyyətini rəsmi olaraq dayandıracağını açıqlayıb.
Musavat.com xəbər verir ki, şirkətin mətbuat xidmətinin məlumatına görə, məntəqələr yanacaq ehtiyatları tükəndikcə mərhələli şəkildə bağlanacaq.
Teboil yaxın günlərdə sahibkar dəyişikliyi prosesinin başladığını da bildirib. Hazırda şəbəkə Finlandiyada 400-dən çox yanacaqdoldurma məntəqəsinə malikdir və ölkənin ən böyük pərakəndə yanacaq satıcılarından biridir.
Problemlər ABŞ sanksiyalarından sonra kəskinləşib. Oktyabrın sonunda Teboil brendinin sahibi LUKOIL-ə qarşı ABŞ tərəfindən sanksiyalar tətbiq olunub. Xarici tərəfdaşlara bir ay müddətində şirkətlə bütün əməliyyatları dayandırmaq tapşırılıb.
Vaşinqton qərarı Rusiyanın “sülh prosesinə ciddi maraq göstərməməsi” ilə əsaslandırıb. Bu məhdudiyyətlər Teboil-in yanacaq təchizatında böhran yaradaraq, şəbəkənin bağlanması qərarına səbəb olub.
Nəticədə Finlandiyada Teboil-in təxminən 20%-lik yanacaqdoldurma məntəqəsi fəaliyyətini dayandıracaq.
Musavat.com






