İnsanlara hürriyət, millətlərə istiqlal!

Lüksemburqda Kadırov izi: Rusiyadan gələn pullar üzrə bankda axtarış

896 02.03.2026 20:01 Dünya A A

Avropa maliyyə mərkəzlərindən birində Rusiya ilə əlaqəli şübhəli əməliyyatlar yenidən gündəmə gəlib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Lüksemburq hakimiyyəti EFG Bank Luxembourg-un ofislərində axtarış aparıb. Məlumata görə, fevralın 24-də keçirilən əməliyyatda 24 polis əməkdaşı və iki prokuror iştirak edib. Araşdırma 2025-ci ildə başlanıb və çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı tələblərin yerinə yetirilməsi ilə bağlıdır. Prokurorluq istintaqın ilkin mərhələdə olduğunu bildirib. Bank isə hüquq-mühafizə orqanlarının səfərini təsdiqləyib.

EFG adı daha əvvəl Rusiyadan çıxarılan və şübhəli hesab edilən vəsaitlərlə bağlı epizodlarda hallanıb. 2017-ci ildə İsveçrənin EFG Private Bank-ı Rusiyadan olan bir müştəridən təxminən 100 milyon dollar qəbul edib. Həmin şəxsin Ramzan Kadırovun yaxın çevrəsinə aid olduğu bildirilib. Vəsaitlərin mənşəyi bank əməkdaşlarında ciddi şübhələr doğurub.

Bankın komplayens meneceri Dmitri Rozanov rəhbərliyi yüksək risklər barədə xəbərdar etdiyini və vəsaitlərin mənbəyinin əlavə yoxlanmasını tələb etdiyini deyib. Onun sözlərinə görə, postsovet məkanından gələn digər şübhəli əməliyyatlarla bağlı da siqnallar olub. Sonradan Rozanov işdən çıxarılıb və bu addımı həddindən artıq prinsipial əməkdaşdan qurtulmaq cəhdi kimi qiymətləndirərək məhkəməyə müraciət edib.

Kadırovun ətrafının maraqları üçün həyata keçirilən köçürmələrlə bağlı məlumatlar Britaniya məhkəməsinin qərarı çərçivəsində Rozanovun ifadələrində açıqlanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR