İnsanlara hürriyət, millətlərə istiqlal!

Mahirin “like”ı qalmaqal yaratdı - Foto

926 29.10.2025 14:10 İdman A A

Almaniyanın “Kayzerslautern” klubunda çıxış edən Azərbaycan yığmasının forvardı Mahir Emreli qalmaqalla gündəmə gəlib.

O, komandasının buraxdığı qolu “like” etməklə azarkeşlərin hədəfinə çevrilib. 

Belə ki, ikinci Bundesliqanın son turunda Mahirin hazırkı komandası “Kayzerslautern” onun keçmiş klubu “Nürnberq”lə qarşılaşıb. 1:1 hesabı ilə başa çatan matçda Emrelinin sabiq komanda yoldaşı Robin Knohe penaltidən qol vurub. O, qolunu sosial şəbəkə hesabında paylaşıb və Mahir də həmin paylaşımı bəyənib.

Bununla da millimizin forvardı həm medianın, həm də azarkeşlərin tənqid hədəfinə çevrilib./Qafqazinfo.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR